Bakıda küçələrin işıqlandırılması 3 milyon manata başa gələcək

Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “İşıqlandırma üçün lazımı mal-materialların satınalınması” üzrə elan etdiyi tenderi yekunlaşdırıb.

Banker.az xəbər verir ki, tenderin qalibi  “İnterkabel” firmasıdır.

Qalib şirkətə 2 750 030 manat ödəniləcək.

Xatırladaq ki, 2021-ci ildə həmin şirkətə 2 998 894 manat, 2020-ci ildə isə 2 993 558  manat ödəniləcək.

Onu da qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi 1952-ci ildən bu günə fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət profili Bakı şəhəri üzrə küçə və prospektlərin, park və xiyabanların eləcədə bina fasadlarının işıqlanmasını təmin etməkdən ibarətdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər