9 C
Baku
Friday, December 13, 2024

İlk 3 ayda Azərbaycan 12 mlrd. kub metrə yaxın qaz hasil edib

2022-ci ilin yanvar-mart aylarında ölkədə 11,8 milyard kub metr  təbii qaz hasil edilib. Qazın 3,5 milyard kub metri AÇG-dən, 6,4 milyard kub metri “Şahdəniz”dən, 1,9 milyard kub metri SOCAR üzrə hasil olunub. 

Banker.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Nazirlik açıqlayıb ki, hesabat dövründə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil edib. Türkiyəyə 2,2 milyard kub metr, Avropaya 2,6 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox qaz nəql olunub. 

Qeyd olunur ki, yataqlar istismara veriləndən 2022-ci ilin 01 aprel tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 193 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 164 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən 112 milyard kub metrdən çox qaz ixraca nəql edilib.

Son xəbərlər
Digər xəbərlər