11 C
Baku
Tuesday, November 26, 2024

Britaniya kəşfiyyatı: Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti özündə saxlayır

Ukrayna hava məkanının böyük hissəsinə nəzarəti özündə saxlayır.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiya Ukrayna Hərbi Hava Qüvvələrini, eləcə də Ukraynanın hava hücumundan müdafiəsini effektiv şəkildə məhv edə və ya sıxışdıra bilməyib və bu səbəbdən, Ukrayna Rusiyanın aviasiya vasitələrini risk altında saxlamaqda davam edir.

Qeyd olunub ki, Rusiyanın hava aktivliyi quru qüvvələrinə dəstək məqsədi ilə ilk növbədə Ukraynanın cənub və şərqinə yönəlib, Rusiyanın Ukraynanın şimalına və qərbinə hava çıxışı isə çox məhduddur.

Məlumatda vurğulanıb ki, Rusiya Ukraynanın hərbi vasitələrini və ölkə daxilində loqistika infrastrukturunu hədəf almağa davam edir.

“Rusiyanın Mariupoldakı aviazərbələrinin əksəriyyəti, ehtimal ki, idarə olunmayan bombalardan istifadə edilməklə həyata keçirilir. Bu silahlar Rusiyanın zərbələr endirərkən effektiv ayırdetmə qabiliyyətini azaldır və nəticədə mülki əhali arasında itki riskini artırır”, – deyə kəşfiyyatın məlumatında qeyd olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər