ABŞ Gürcüstana 35 milyon dollar həcmində maddi yardım ayıracaq.
Bu barədə “Amerikanın səsi” radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Vəsait Gürcüstanın Rusiyadan gələcək təhlükələrə qarşı müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulub.
Qeyd edilib ki, bu, ABŞ-ın Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olaraq göstərdiyi növbəti hərbi yardımın bir hissəsi olacaq.