Qırğız parlamenti Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyi barədə Prezident Sadır Japarovun təqdimatını qəbul edib.
Məlumatı TASS yayıb.
Məlumata görə, 90 deputatdan 71-i Jeenbek Kulubayevin lehinə səs verib.
Qeyd edək ki, Jeenbek Kulubayev 1963-cü ildə Qırğızıstanın İssık-Kul vilayətinin Çırpıktı kəndinə anadan olub, ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Bu il aprelin 5-də xarici işlər naziri vəzifəsinin müvəqqəti icrasına başlayıb.
Xtırladaq ki, Rusla Kazakbayev başqa işə keçməsi ilə əlaqədar xarici işlər naziri vəzifəsindən azad edilib.