Mask “Twitter”i almasa, $1 mlrd. itirəcək

İlon Mask sosial şəbəkənin alışı ilə bağlı müqaviləni pozduğu halda “Twitter”ə 1 milyard dollar komissiya ödəyəcək. Banekr.az “Secretmag”a istinadən xəbər verir ki, müəyyən şəraitdə eyni cəza “Twitter” üçün də nəzərdə tutulur. Təzminat ödəməmək üçün tərəflər 24 oktyabr 2022-ci ilə qədər müqaviləni bağlamalıdırlar.

Vurğulanır ki, tərəflər oktyabrın 24-ündən sonra təzminat ödəmədən sövdələşməni bağlaya bilərlər. Bütün şərtləri yerinə yetirmək və xarici investisiya məsələlərini həll etmək üçün tarix daha altı ay təxirə salına bilər.

Xatırladaq ki, aprelin 26-sı İlon Mask “Twitter”i 44 milyard dollara alıb. Müqavilə bağlandıqdan sonra ictimai şirkət özəlləşəcək və səhmdarlar onun hər səhmini 54.2 dollar alacaq. Müqavilənin 2022-ci ildə təsdiqlənməsi gözlənilir.

Sahibkar bildirib ki, onun “Twitter”ə marağı sivilizasiyanın gələcəyi ilə bağlıdır. O qeyd edib ki, bu sosial şəbəkə bütün dünyada maksimum etimad qazanacaq və hər kəsə öz sözünü demək hüququnu verəcək ictimai platformaya çevriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər