14 C
Baku
Saturday, November 23, 2024

Daha bir ölkə Rusiya qazını rublla almaqdan imtina edib

Finlandiya Rusiyadan nəql olunan qazı rublla almaqdan imtina edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bunu aprelin 27-si Finlandiyanın Avropa işləri və əmlakın idarə edilməsi üzrə naziri Tyutti Tuppuraynen deyib.

“Biz hökumətin iqtisadi siyasət komitəsində Finlandiyanın rubl ödənişlərini qəbul etməyəcəyi barədə qərar qəbul etdik”, – deyə xanım Tuppurayner qeyd edib. Finlandiyalı siyasətçi bildirib ki, qərar Finlandiya rəhbərliyi tərəfindən qəbul olunub.

“Finlandiya rublla ödənişlə razı deyil, bu, Rusiyanı şantaj etmək və Rusiyanın geosiyasi səylərinin bir hissəsi kimi qiymətləndirilə bilər”, – mesajda vurğulanıb.

Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, 2022-ci il aprelin 1-dən “dost olmayan ölkələr” Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməlidir. Bir çox Avropa ölkələri yeni ticarət şərtləri ilə razılaşmadıqlarını bəyan ediblər. Bu gündən etibarən qazın pulunu rublla ödəməkdən imtina etdiyinə görə “Qazprom” Bolqarıstan və Polşaya enerji nəqlini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər