Ukraynanın Xerson vilayəti mayın 1-dən rubl zonasına keçir. Banker. Az “RT.ru”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiyasının sədr müavini, “Sülh və asayiş naminə” komitəsinin rəhbəri Kirill Stremousov bildirib.
“Mayın 1-dən rubl zonasına keçirik”, – deyə Stremousov söyləyib.
Onun sözlərinə görə, keçid dövrü təxminən dörd ay çəkəcək.
Xatırladaq ki, Rusiya Ukraynanın Xerson şəhərini martın 2-si nəzarətə götürüb.