Mayın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, MDB XİN başçıları Şurasının iclasının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcəyini və Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini söyləyib.