Fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Qida Təhlükəsizliyi Agentliyinə müraciəti əsasında ümumi çəkisi 520 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az Agentliyə istinadən xəbər verir ki, məhv edilmiş qənnadı məmulatları istehlaka yararsız olub və istifadə müddəti bitib.