Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.