2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə XİN Ermənistan xüsusi nümayəndəsi ilə üçüncü görüşün vaxtını açıqlayıb

Türkiyə XİN “Türkiyə-Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələrinin Üçüncü İclası” ilə bağlı açıqlama verib.

Banker.az xəbər verir ki, açıqlamada Türkiyə və Ermənistanın normallaşma prosesinin xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında üçüncü görüşün 3 may 2022-ci il tarixində Vyanada keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında ilk normallaşma danışıqları yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistanla Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və fevral ayından qarşılıqlı uçuşlara başlanılıb. Xüsusi nümayəndələr ikinci iclasını fevralın 24-də yenidən Vyanada keçiriblər. Bu proses çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Son xəbərlər
Digər xəbərlər