Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin mart ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
2022-ci ilin mart ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 17 milyon 181 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Həyat Sığorta”dır (14 milyon 359 min manat).
Üçüncü yerdə 6 milyon 352 min manat olmaqla “Dövlət Sığorta Kommersiya” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 5 milyon 701 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah Həyat Sığorta” şirkətidir – 2 milyon 835 min manat.
Ötən il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta” (87 min manat), “İpək Yolu Sığorta ” (16 min manat) və “Xalq Həyat Sığorta” (5 min manat) olub. “Meqa Həyat Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.
Sığortaçının adı |
Sığorta ödənişləri (2022-ci il mart), min manat |
Paşa Sığorta | 17.181 |
Paşa Həyat Sığorta | 14.359 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 6.352 |
Xalq Sığorta | 5.701 |
Atəşgah Həyat Sığorta Şirkəti | 2.835 |
Atəşgah Sığorta Şirkəti | 2.760 |
A-Qroup Sığorta Şirkəti | 2.753 |
AtaSığorta | 1.775 |
AzSığorta | 1.704 |
Qala Sığorta | 1.308 |
Meqa Sığorta | 1.208 |
Günay Sığorta | 1.036 |
Azərbaycan Sənaye Sığorta | 971 |
Bakı Sığorta | 586 |
Qala Həyat Sığorta Şirkəti | 473 |
Aqrar Sığorta | 119 |
Naxçıvansığorta | 87 |
İpək Yolu Sığorta | 16 |
Xalq Həyat Sığorta Şirkəti | 5 |
Meqa Həyat Sığorta | – |