Mərkəzi Bank tərəfindən bank, sığorta və qiymətli kağızlar sektorları üzrə yeni qanun layihələri hazırlanır.
Banker.az bildirir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən press-konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Hazırda qanunvericilik bazası üzərində işlərə başlanılıb. Bütün proseslərdən keçdikdən sonra, həm bank, həm sığorta, həmçinin digər maliyyə sektoru iştirakçılarına aid olan qanun layihələri təqdim olunacaq”,- Kazımov deyib.