Azərbaycandakı Fransa vətəndaşlarının 67.02 %-i Emmanuel Makrona səs verib.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter”də bildirib.
Diplomat qeyd edib ki, səfirliyin səsvermə siyahısında qeydə alınmış 191 Fransa vətəndaşından 108-i səsvermədə iştirak edib.
Onun sözlərinə görə, səsvermədə iştirak edən Fransa vətəndaşlarınından 67,02 %-i Emmanuel Makrona 32,98%-i Marine Le Penə səs verib.
Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci mərhələsi keçirilib.