10 C
Baku
Saturday, November 23, 2024

İstehlakçılara 214 mln. manat ƏDV məbləği geri qaytarılıb

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1.7 mln.-a yaxın istifadəçi qeydə alınıb.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 536 252 529 kassa çeki üzrə 213.9 mln. manatdan çox, təkcə bu ilin yanvar-mart ayları ərzində isə 107 998 512 çek üzrə 42 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Qeyd edək ki, 2021-ci ilin 1-ci rübü ərzində istehlakçılara 67 101 388 kassa çeki üzrə 26.7 mln. manatdan çox ƏDV məbləği qaytarılmışdı.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onayn kassaların sayı 58 095-dir.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

Son xəbərlər
Digər xəbərlər