17 C
Baku
Thursday, October 31, 2024

Azərbaycan Kredit Bankının lisenziyası ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilmişdir. Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcəkdir.

Məlumat verildiyi kimi, 13 iyul 2015-ci il tarixindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Azərbaycan Kredit Bankı” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.

Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirirki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Son xəbərlər
Digər xəbərlər