12 C
Baku
Monday, November 25, 2024

Kalın Ukrayna rəsmiləri ilə ölkədəki vəziyyəti və təhlükəsizliyi müzakirə edib

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ukraynaya səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə hazırkı vəziyyəti və təhlükəsizliyi müzakirə edib

Tərəflər Ukrayna-Rusiya müharibəsindəki vəziyyəti və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.

Qeyd edilir ki, ilk olaraq Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Kiyevdə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşüb. Yermak Mariupol və Donetsk vilayətindəki mürəkkəb vəziyyət barədə məlumat verib.

Prezident Ofisinin rəhbəri həmçinin Ukrayna üçün effektiv beynəlxalq təhlükəsizlik təminatları sisteminin işlənib hazırlanmasının vacibliyini vurğulayıb.

“Ukrayna Türkiyənin onun tərəflərindən biri olmasında maraqlıdır”, – Yermak qeyd edib.

Səfər çərçivəsində Kalın Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən də qəbul edilib.

Türkiyənin Kiyevdəki səfirliyindəki iftar mərasimində iştirak edən Kalın Türkiyə vətəndaşları və Krım tatarlarının nümayəndələri ilə də görüşüb.

“Səfərin məqsədi Türkiyə-Ukrayna münasibətləri və təbii ki, davam edən müharibə, eləcə də müharibəyə son qoymaq səylərini müzakirə etməkdir”, – Kalın deyib.

“Müharibənin dayandırılması, münaqişələrin danışıqlar və dialoq yolu ilə dayandırılması bizim əsas məqsədimizdir. Təəssüf ki, müharibə nə qədər uzansa, sülhün bərqərar olması üçün şərtlər bir o qədər çətinləşir. Xüsusən mülki şəxslərə hücumlar baxımından vəziyyət daha da kəskinləşib. Biz bu mövzularda və mülki əhalinin Mariupoldan təxliyəsi, xüsusilə humanitar dəhlizin açılması ilə bağlı geniş müzakirələr apardıq”, – Kalın bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Türkiyə Prezidenti Vladimir Putinə vasitəçilik təklif edib.

Son xəbərlər
Digər xəbərlər