10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bağlanmış bankın daha bir əmlakı hərraca çıxarılır

11 may 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Zaminbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Daşınmaz əmlak, Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 37/20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən ü/s 49,73 kv.m olan 2 otaqlı, 2 nömrəli mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 70 300 manatdır. 

 

 

Son xəbərlər
Digər xəbərlər