Bu gündən Gürcüstanda qapalı məkanlarda qoruyucu maskadan istifadə tələbi yumşaldılıb.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, maskadan istifadə yalnız ictimai nəqliyyat və tibbi müəssisələrdə məcburi olacaq.
Baş nazir ölkədə epidemioloji vəziyyətin sabit olduğunu qeyd edib.