“AliExpress”in sahibi olan texnologiya nəhəng “Alibaba”nın səhmləri kəskin şəkildə ucuzlaşıb.
Buna səbəb şirkətin qurucusu Cek Ma ilə bağlı yayılan xəbərlər olub.
Belə ki, iş adamının Çin Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı və ona qarşı müəyyən məhdudiyyətlərin qoyulduğu bildirlib.
Sonradan məlum olub ki, söhbət digər şəxsdən gedib və onunla biznesmenin soyadı arasında yalnız heroqlif fərqi olub.
Bu yanlışlıq ucbatından “Alibaba”nın səhmləri 9,4% ucuzlaşaraq şirkətin kapitallaşmasının 26 milyard dollar azalmasına səbəb olub.