“The Wall Street Journal” çərşənbə axşamı mənbələrə istinadən yazıb ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni, altıncı sanksiyalar paketi altı ay müddətinə Rusiya neftinin idxalından imtina etməyi nəzərdə tutur.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Vurğulanır ki, eyni zamanda “Sberbank”ın beynəlxalq banklararası ödəniş sistemi olan SWIFT-dən ayrılması təklif ediləcək. Digər Avropa ölkələri ilə müqayisədə Rusiya neftindən daha çox asılı olan Macarıstan və Slovakiyaya idxalın dayandırılmasına 20 ay vaxt veriləcək.
Xatırladaq ki, Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara başlayıb. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Ukrayna hakimiyyətinə silah tədarükünü artırıb.