“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -nin (ASCO) İdarə Heyətində yer alan altı şəxsə 2021-ci ildə verilən əmək haqları açıqlanıb.
Banker.az bunu “Ernst&Young” audit şirkəti tərəfindən aparılan audit hesabatına istinadla xəbər verir.
Bildirilib ki, İdarə Heyəti sədri və onun beş müavininə 634 min manatlıq əmək haqqı ödənilib. Bu da 2020-ci illə müqayisədə (465 min manat) 36% çoxdur. Ortalama bu da ortalama aylıq 9000 manata yaxın bir rəqəmdir.
ASCO-nun sədri Rauf Vəliyev, onun birinci müavini Mübariz Cabbarov, müavinləri isə Cəlal Fərəcli, Fərhad Quliyev, Nəzrəddin Əhmədzadə, Cəbrayıl Mahmudludur.
Qeyd edək ki, ASCO-nun İdarə Heyətinin üzvlərinin bütünü Azərbaycan Respublikası prezidenti tərəfindən təyin edilir.