Azərbaycanda “Apple”nin məhsullarını satan “Alma Store”, yaxud “ASBC” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi informasiyaya istinad edir.
Aliaksei Yahlou şirkətin baş direktoru təyin edilib.
Bundan öncə bu vəzifədə Liliya Allahverdiyeva-Pikulo idi.
“ASBC” MMC 2017-ci ildə yaradılıb və 400 min ABŞ dolları (680 min AZN) nizamnamə kapitalına sahibdir.