“OPEC+”ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalını azaltması üzrə təşəbbüs) texniki komitəsi 2022-ci ildə neftə tələbat artım tempi üzrə proqnozunu azaldıb.
Texniki komitə neftə olan gündəlik tələbatın artımı üzrə proqnozunu 500 min barel azaldıb. Belə ki, qlobal gündəlik neft tələbatı 100,5 mln. barel səviyyəsində proqnozlaşdırılır.
Bununla yanaşı, komitə 2022-ci ildə neftin gündəlik təklifinin profisiti ilə bağlı proqnozunu 1,3 mln. bareldən 1,9 mln. barelədək yüksəldib.