Rusiya Ordusu Mariupola nəzarət edir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə deyib.
Onun sözlərinə görə, Luqansk və Donetskdə dinc həyat bərqərar olur:
“Luqansk və Donetsk Respublikalarında və millətçilərdən azad edilmiş Ukrayna ərazilərində, o cümlədən Azov dənizinin ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupolda dinc həyat bərqərar olur. Mariupol Rusiya Ordusunun nəzarəti altındadır “, – deyə Rusiya müdafiə naziri bildirib.