11 C
Baku
Monday, November 25, 2024

Yunanıstan pul köçürmələrini qəbul edə bilmir

Bankirlər yunan banklarındakı hesablara iri miqdarda pul köçürmələri etməməyi məsləhət görürlər.  15 min avrodan çox edilən pul köçürmələri yunan bank əməkdaşları tərəfindən ləğv edilə və geri, yəni pul köçürməsi edən şəxsin hesabına qaytara bilərlər.

Bu vəziyyətdə ən məqsədəuyğun addım vəziyyət sabitləşənə qədər iri pul köçürmələrini təxirə salmaqdır.

Nəhəng məbləğdə pul köçürməsinin geri qaytarılması faktı Rusiyanın AlfaBankında qeydə alınmışdır. Bankdan verilən məlumata görə “Yunan bank hesabına göndərilmiş 15 min avrodan yüksək məbləğ geri qaytarıla bilər. Pul köçürməsi həyata keçirərkən bu cəhəti nəzərə almağınız xahiş olunur”.

Son xəbərlər
Digər xəbərlər