10 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı üç Rusiya telekanalının yayımını qadağan edəcək

Moskvaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı (Aİ) Rusiyanın üç dövlət telekanalının yayımını qadağan edəcək. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib. Onun bu barədə sözləri Avropa Komissiyasının saytında yayımlanıb.

“Biz Rusiyanın üç böyük yayım şirkətinin yayımlarını qadağan edəcəyik. Onlar artıq öz kontentlərini Aİ-də yaymaq imkanına malik olmayacaqlar”, – deyə AK rəhbəri bildirib.

O qeyd edib ki, bu yayım şirkətləri informasiyanı o cümlədən peyk vasitəsilə, internetdə və smartfonlar üçün proqramlar vasitəsilə də yayımlaya bilməyəcəklər.

Fon der Leyenin sözlərinə görə, sanksiyalara məruz qalacaq telekanallar “yalan və təbliğat” yaymaqla məşğuldur.

“Biz artıq onlara bu yalanları yaymaq üçün platforma verməməliyik”, – deyə o vurğulayıb.

Mənbə: Lenta.ru

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər