15 C
Baku
Saturday, October 19, 2024

Western Union xidmət sahəsini genişləndirir

 

Pul köçürmələri üzrə beynəlxalq servis Western Union tranzaksiya bazarında rəqabətə dayanıqlılığını qoruyub saxlamaq üçün təklif etdiyi xidmətləri daim olaraq inkişaf etdirir.

Şirkət mütəmadi olaraq özünün potensial müştəriləri üçün yeni giriş kanalları açmaqdadır.

Bunlara isə aptek və kitab mağazalarında pul göndərmə və qəbul etmə məntəqələri aiddir.

Şirkət bu yaxınlarda Polşanın nəhəng maliyyə təşkilatı olan Bank Polski ilə saziş imzaladı. Bu əməkdaşlıq sayəsində Western Union müştəriləri dünyanın istənilən nöqtəsindən Bank Polski-nin 3 min bankomatı sayəsində pul köçürməsini əldə edə biləcəklər. Bundan əlavə, pulların avtomatik olaraq hesaba yatırılması imkanı da mövcuddur.

Bank Polski müştəriləri isə öz hesablarına müxtəlif valyutalarda –  PLN, USD, EUR və GBP vəsait qəbul edə biləcək və həmçinin online bankçılıq vasitəsilə pul köçürməsi etmək xidmətindən istifadə etmək şansı qazanacaqlar.

Son xəbərlər
Digər xəbərlər