Çinin paytaxt hökuməti şəhərdə davam edən COVID-19 epidemiyası səbəbindən onlarla metro stansiyasını bağlayıb.
Bu barədə yerli mətbuat yazır.
Bildirilir ki, gün ərzində cəmi 50-yə yaxın koronavirusa yoluxma hadisəsi aşkar edilib. Bununla belə, Pekində altı xətt üzrə 44 metro stansiyası və 60-dan çox avtobus marşrutunun hərəkəti dayandırılıb.
Mayın 5-dən isə sərnişinlərdən səyahət üçün koronovirusla bağlı mənfi test sertifikatı tələb olunacaq.
Mənbə: RİA Novosti