Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsi olub.