“OPEC+”ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalını azaltması üzrə təşəbbüs) ölkələri mart ayında neft hasilatının azaldılması ilə bağlı razılaşma planını 157% yerinə yetiriblər.
Bu barədə “OPEC+”ın texniki komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, mart ayında “OPEC+” ölkələri üçün icazə verilən hasilat səviyyəsi gündəlik 41,296 mln. barel, faktiki hasilat səviyyəsi isə daha aşağı – 39,843 mln. barel olub.
Eyni zamanda, OPEC ölkələri hasilatı sutkada nəzərdə tutulan 1,62 mln. barel əvəzinə 2,5 mln. barel azaltmaqla razılaşmanı 155% yerinə yetiriblər. Razılaşmada iştirak edən qeyri-OPEC ölkələri hasilatı icazə verilən 0,936 mln. barel əvəzinə 1,5 mln. barel azaldaraq, razılaşma planını 161% yerinə yetiriblər.