Amerikanın “Emerson Electric” şirkəti Rusiya bazarından çıxdığını açıqlayıb, Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
“Bu gün “Emerson” Rusiya biznesindən çıxmaq qərarını açıqlayıb və bu çıxışın bir hissəsi olaraq biz Rusiyadakı istehsalat bölməmiz olan “Metran”ın satışı üçün strateji variantları araşdırdıq”, – mesajda bildirilir.
“Emerson”- mərkəzi ofisi Missuridə yerləşən çoxmillətli korporasiyadır. Dünyanın 500 ən böyük şirkəti siyahısına daxil edilib. Şirkət sənaye, ticarət və istehlak bazarları üçün texnoloji həllər təklif edir.
Qeyd edək ki, fevralın 24-ü Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra bir çox xarici şirkətlər Rusiyada fəaliyyətini dayandırmağa başlayıb.