10 C
Baku
Tuesday, November 26, 2024

OPEC-in Baş katibi: “Dünyada Rusiya neftini əvəz etmək üçün sərbəst güclər yoxdur”

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Komitəsinin iclası zamanı bildirib ki, Rusiya sutkada 7 milyon barel həcmində neft və neft məhsulları ixrac edir, dünyada bu həcmləri əvəz etmək üçün sərbəst güclər yoxdur.

Bu barədə TASS-a texniki panelin bu gün keçirilən iclasında iştirak edən mənbə bildirib.

“Aydındır ki, sutkada 7 milyon bareldən çox həcmdə olan Rusiya neftinin və neft məhsullarının ixracı başqa yerdən “götürülə bilməz”, sərbəst güclər sadəcə yoxdur. Sanksiyalara görə onun potensial itkisini və ya könüllü olaraq edilən məhdudiyyətləri enerji bazarı mütləq hiss edəcək”, – OPEC Baş katibi deyib.

M.Barkindo, həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasındakı münaqişə pandemiya ilə bağlı qlobal bazardakı qeyri-müəyyənlikləri daha da gücləndirib.

O əlavə edib ki, bu geosiyasi hadisələr həm də iqtisadi qeyri-tarazlığı və neft, eləcə də digər mühüm əmtəələr üçün risklərin artmasını özündə ehtiva edib. “Həm Rusiya, həm də Ukrayna əsas qlobal ixracatçılardır, o cümlədən vacib kənd təsərrüfatı məhsulları baxımından”, – Baş katib vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər