ABŞ prezidenti Cozef Bayden deyib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə həmişə açıqdır”.
Prezident qeyd edib ki, bu həftə mövcud məsələ ilə bağlı G7 üzvləri ilə məsləhətləşəcək.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, altıncı paket üçün təklif edilən sanksiyalar arasında “Sberbank” da daxil olmaqla üç Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, Rusiyanın üç əsas dövlət televiziya kanalının Aİ-də yayımlanmasına və Rusiya şirkətlərinə bir sıra avropalı mütəxəssislərin xidmətlərinin göstərilməsinə qadağa qoyulması var.