Yaponiyanın iqtisadiyyat naziri Koiti Haqiuda jurnalistlərlə söhbəti zamanı bildirib ki, Yaponiya yaxın gələcəkdə Rusiya neftindən imtina etməyi planlaşdırmır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Yaponiyanın məhdud resursları var, bizim üçün dərhal digər ölkələrlə bərabər olmaq çətin olacaq”, – deyə Haquida söyləyib. Haquida əlavə edib ki, Yaponiya Rusiyanın neft tədarükündən 3.6%, eləcə də Rusiyanın mayeləşdirilmiş təbii qaz tədarükündən 8.8% asılıdır.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı (Aİ) növbəti sanksiya tədbiri kimi Rusiya neftinin idxalını qadağan etmək niyyətində olduğunu bəyan edib. Lakin hələki Aİ-də bu məsələdə birlik yoxdur. Artıq bir sıra ölkələr Rusiyadan enerji nəqlinə qoyulan embarqonu dəstəkləməkdən imtina edib.