Banklardan Banker.az portalına daxil olan məlumata əsasən bir çox bank biznes kreditləşməsini dayandırıb . Kreditləşmənin dayandırılmasına səbəb isə həftənin əvvəlində
Mərkəzi Bankın biznes kreditlərinə FİFD 25% limitinin təyin edilməsidir.
Qeyd olunan faizlə biznes kreditlərində gəlirin olmaması, bankların həmin sahə üzrə kreditləşməsinin dayandırmasına səbəb olub.
Mütəxəssislərin ehtimallarına görə, Banklar vəsaitlərini biznes kreditləşməsindən çıxararaq istehlak kreditləri tərəfə yönəldəcəklər. Bu istiqamətdə rəqabətin çox olmasına baxmayaraq, gəlirlilik marjası onlara qismən gəlilə işləməyə imkan verəcəkdir. Biznes kreditləri əsasən orta və iri kreditləşmədə davam edəcəyi ehtimal edilir – onların maya dəyəri bunu etməyə imkan verir.
Faizlərin aşağı endirilməsi ilə bağlı xəbərə aşağıdakı link vasitəsilə daxil ola bilərsiniz.
Mərkəzi Bank biznes kreditləri üçün 25% limit təyin etdi







