Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı uçot faiz dərəcəsini 50 baza bəndi (0.5%) artırıb.
Bu barədə Banker.az BƏƏ-nin MB-sinə istinadən xəbər verir.
Belə ki, faiz dərəcəsi 0.9%-dən 1.5%-ə yüksəldilib.
Sonuncu dəfə bu həddə 2020-ci ilin mart ayında qeydə alınmışdı. Sonradan Mərkəzi Bank faizləri 0.65%-ə qədər azaltmışdı.
Qeyd edək ki, hazırda ölkədə inflyasiya orta illik 2.18% təşkil edir.