1 C
Baku
Saturday, December 14, 2024

İTV-nin baş direktorunun səlahiyyət müddəti bitib, sənəd qəbulu elan edilib

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə sənəd qəbulu elan edib.

Şuradan verilən xəbərə görə, namizədlərə dair şərtlər sırasında namizədin Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olması var.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 06 May 2022-ci il tarixdən 15 May 2022-ci il tarixədək Audiovizual Şuraya təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər