6 C
Baku
Sunday, December 15, 2024

Bu çağırışçılara 3 ay möhlət veriləcək

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Bu, təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq, ilk oxunuşda qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər