Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri ilə Xəzərin nəhəng külək potensialı hesabına istehsal ediləcək yaşıl enerjinin Rumıniyaya ixracına imkan verəcək infrastruktur layihəsini müzakirə edib.
Banker.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter səhifəsində yazıb.
Həmçinin, Energetika Nazirliyindən Banker.az-a verilən məlumata görə, Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında iştirak edən nazir Pərviz Şahbazov hazırda Xəzərin külək potensialının təxminən 7 qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin nəzərdən keçirildiyini diqqətə çatdırıb.