“Avropa İttifaqı Ukraynaya əlavə humanitar yardım ayırıb”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Polşanın paytaxtı Varşavada keçirilən Ukraynaya yardımla bağlı konfransda bildirib.
“Aİ-nin Ukraynaya əlavə 200 milyon avroluq humanitar yardımını elan etməkdən məmnunam. Biz Ukraynanın yanındayıq. Biz Ukrayna xalqına deyirik: Sizin mübarizəniz bizim mübarizəmizdir”, – o deyib.