9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan sığorta bazarında dələduzluq hallarının qarşısı alınacaq

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Bakı Ekspertiza Mərkəzi arasında sığorta dələduzluğu ilə mübarizə və ekspertizada şəffaflığın təmin olunması istiqamətləri müzakirə olunub.

ASA-dan verilən məlumata görə, qeyd olunan istiqamətlər üzrə qurumlar arasında razılıq əldə olunub.

Qurum rəhbərləri arasında keçirilən görüşdə bildirilib ki, sektorda ekspertiza ilə bağlı mövcud boşluğun doldurulmasını başlıca məqsəd olaraq müəyyən olunub.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilən Mərkəz, artıq yerli sığorta bazarı iştirakçılarının əksəriyyəti ilə əməkdaşlıq qurub. Mərkəzin, baş verən sığorta hadisələri ilə bağlı qiymətləndirmə, rəy vermə və araşdırma funksiyalarına sahib olduğu vurğulanıb.

Mərkəzin fəaliyyəti növbəti mərhələdə sektorun üzləşdiyi dələduzluq hallarının qarşısının alınmasına da xidmət göstərə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər