3 C
Baku
Saturday, December 14, 2024

ABŞ Tacikistana 60 milyon dollar yardım ayıracaq

“ABŞ Tacikistana iki il ərzində təhlükəsizlik sahəsinə yardım məqsədilə 60 milyon dollardan artıq maliyyə vəsaiti ayıracaq”.

Bunu ABŞ-ın Düşənbədəki səfirinin müavini Bricit Uoker Tacikistan Müdafiə Nazirliyinə nəqliyyat vasitələrinin təqdim olunması mərasimində bildirib.

“Bizim tərəfdaşlığımızın möhkəmlənməsinin təsdiqi üçün Tacikistana təhlükəsizlik sahəsinə yardım məqsədilə 60 milyon dollar ayıracağımızı boyun olmuşuq. Bu məbləğ iki il ərzində reallaşacaq və təqdim olunacaq”, – o qeyd edib.

B.Uoker deyib ki, bugünkü mərasimdə Tacikistan ordusuna 2,3 milyon dollar dəyərində 8 yük maşını və ehtiyat hissələri təqdm olunub. Səfiliyin məlumatına əsasən, 1992-ci ildən ABŞ hakimiyyəti Tacikistana təhlükəsizlik sahəsi üçün 330 miyon dollarlıq yardım edib. Bura şəxsi heyətin təlimi, avadanlıq və infrastruktur daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər