Bu ilin aprel ayında İsveçrədə illik inflasiya 2,5% olub ki, bu da 2008-ci ildən bu yana ən yüksək həddir.
Bunu ölkənin Federal Statistika Ofisi bildirib.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən isə 0,4 faiz artıb. Bu, soba mazutunun bahalaşması və bir sıra başqa amillərlə izah olunur. İlliki inflasiyaya təkan verən amillər arasında isə idxal məhsullarının 6,6% bahalaşması göstərilir. Eyni müddətdə yerli məhsullar 1,2% bahalaşıb.
Hesabat dövründə yeni avtomobillərin, təyyarə biletlərinin qiyməti artıb, mehmanxana xidmətlərinin qiymətləri isə azalıb.