TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşların qəbulu, vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq, eləcə də Elektron Sənəd Dövriyyəsi işinin təşkili, nəzarətin gücləndirilməsi və bu istiqamətlərdə tibb müəssisələrinə dəstəyin göstərilməsi məqsədilə monitorinqlər keçirilir.
Bu istiqamətdə aşkar edilən nöqsanlar aktlaşdırılıb, nöqsanların aradan qaldırılması üzrə metodik tövsiyələr verilib.
Monitorinqlər Mingəçevir, Samux, Ağdaş, Yevlax Rayon Mərkəzi Xəstəxanalarını əhatə edib.
Eyni zamanda, sözügedən tibb müəssisələrinin Ümumi, İnsan resursları və Maliyyə şöbələrinin əməkdaşları ilə elektron sənəd dövriyyəsi sistemi (ESDS) ilə iş üzrə təlimlər keçirilib.
Monitorinq və təlimlərin digər bölgələr üzrə də davam etdirilməsi nəzərdə tutulub.