14 C
Baku
Saturday, November 23, 2024

Avropa Parlamenti Rusiyanı icarəyə götürdüyü təyyarələri təcili geri qaytarmağa çağırıb

Avropa Parlamenti Rusiyanı icarəyə götürdüyü təyyarələri təcili geri qaytarmağa çağırıb.

Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Avroparlamentin deputatları müharibənin aviasiya sektoruna ciddi təsirindən narahatlıqlarını bildiriblər.

Parlamentarilər Rusiyanın beynəlxalq mülki aviasiya qaydalarını açıq-aşkar pozduğunu vurğulayıblar.

Qeyd edək ki, Rusiya aviaşirkətləri üçün təxminən 10 milyard dollar dəyərində 400-dən çox təyyarə icarəyə götürülüb. Təyyarələrin əksəriyyətinin qeydiyyata alındığı Bermud adaları və İrlandiyanın uçuşa yararlılıq sertifikatları dayandırılsa da, bunların bir çoxu hələ də Rusiyada daxili marşrutlar üzrə uçuşlar həyata keçirir.

Beynəlxalq qaydalara görə, ikili qeydiyyata icazə verilmir, lakin Rusiya artıq xaricilərə məxsus təyyarələrin yarıdan çoxunu öz reyestrinə keçirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər