“Saudi Arabian Airlines” 2 illik fasilədən sonra İstanbula uçuşları bərpa edir.
Bu barədə NTV kanalı məlumat yayıb.
İlk uçuş mayın 7-də Ər-Riyad və Ciddədən İstanbul hava limanına təşkil olunacaq.
Şirkət mayın 11-də Mədinədən İstanbula da uçuşlar həyata keçirəcək. Ciddə və Mədinə reysləri həftənin hər günü qarşılıqlı olaraq həyata keçiriləcək.
Ər-Riyaddan uçuşlar həftənin 3 günü, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri təşkil olunacaq.