15 C
Baku
Saturday, October 19, 2024

Warren Buffett  15 milyon avroya yunan adası aldı

Milyarder Warren Buffett italyalı milyonçu Alessandro Proto ilə birgə 15 milyon avroya yunan adasını əldə etdilər. Bu haqda məlumatı Protothema vermişdir.

Yunan nəşri Protothema-nın iddiasına əsasən, Adriatik dənizində yerləşən və 1,2 kvadrat kilometr əraziyə sahib adanın əldə edilməsində məqsəd Yunanıstan iqtisadiyyatına edilən gələcək investisiyalar qazanmaq imkanıdır. 

Buffet-in özünün sözlərinə görə, Yunanıstan iqtisadiyyatının hazırki vəziyyəti investisiyalar üçün yaxşı imkanlar bəxş edir və bir çox insanlar bunu etməyə hazırdırlar.

Bu yaxınlarda yayılan digər bir məlumata görə isə, amerikalı aktyor Johnny Depp Egey dənizində 4,2 milyon avroya kimsəsiz adanı əldə etmişdir.

Son xəbərlər
Digər xəbərlər