13 C
Baku
Saturday, November 23, 2024

Kreml: Polşa Ukraynanın ərazi bütövlüyünə təhlükə törədir

Polşa uzun müddətdir ki, dost deyil, son aylar isə düşmən olub, onun Ukraynanın ərazi bütövlüyünə təhlükə ola biləcəyi faktdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus prezidentinin bəyanatlarını şərh etməzdim. Son aylar Polşadan çox-çox düşmən ritorikası gəlir. Bu ritorika ənənəvi xarakter daşıyır və uzun müddətdir ki, dostluq xarakteri daşımır. Amma son aylarda düşmənçilik xarakteri alıb. Ukraynanın ərazi bütövlüyü üçün təhlükələrin Polşadan gələ biləcəyi faktı açıq-aşkardır. Xatırlayırsınızsa, bizim Xarici Kəşfiyyat Xidmətimizin rəhbərinin bu yaxınlarda verdiyi bəyanatda bu barədə danışılmışdı. Bunlar açıq-aşkar faktdır”, – Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər